Xəbər lenti

Azərbaycan Kiyevə 70 milyon manatlıq humanitar yardım edib
Siyasət 16:26 28.12.2024

Azərbaycan Kiyevə 70 milyon manatlıq humanitar yardım edib

Cari ildə Ukraynaya humanitar yardım göstərilməsi davam etdirilib, indiyə qədər verilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların ümumi məbləği 70 milyon manata (təxminən 40 milyon ABŞ dollarından artıq) çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Bildirilib ki, Azərbaycan 2024-cü ildə Bosniya və Herseqovina, Çili, Kolumbiya, Kuba, Qrenada, Sent Vinsent və Qrenadin, Antiqua və Barbuda, Vyetnam, Yəmən, İordaniya, Əlcəzair, Argentina, Braziliya, Albaniya, Zimbabve, Tacikistan, Qambiya və Uqandaya yardımlar edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->