İş həyatında uğur qazanmaq, yalnızca öz vəzifə öhdəliklərini yerinə yetirməklə məhdudlaşmır. Rəhbərlə qurulan düzgün ünsiyyət, həm kariyer inkişafı, həm də iş yerində uzunmüddətli uğur üçün əhəmiyyətlidir. Lakin bəzən yanlış ifadələr işçi-rəhbər münasibətlərinə mənfi təsir göstərə bilər.
Qaynarinfo "Business Insider"ə
istinadən xəbər verir ki, mütəxəssislərdən toplanan bu tövsiyələr rəhbərinizlə sağlam və müsbət ünsiyyət qurmaq istəyənlər üçün önəmlidir.
1. "Bu, mənim işim deyil"
Mütəxəssislərin fikrincə, bu ifadə, işçinin komanda işinə qatqı göstərmək istəmədiyini göstərir və mənfi təsir yaradır. İş yerində esneklik göstərmək və yeni vəzifələrə uyğunlaşmaq, rəhbərlər tərəfindən yüksək qiymətləndirilir. Əgər müəyyən bir iş üçün uyğun olmadığınızı düşünürsünüzsə, bunu necə həll edə biləcəyinizi və ya daha uyğun bir şəxsi tövsiyə etməyinizi təklif etmək daha doğru bir yanaşmadır.
2. "Həmişə belə etmişik"
Deşikliklərə qarşı müqavimət göstərmək müasir iş dünyasında mənfi qəbul edilir. Rəhbərlər, yeniliklərə açıq və mövcud prosesləri inkişaf etdirməyə yönələn işçilərə üstünlük verir. Keçmiş metodlardan yapışmaq yerinə, daha təsirli həllər təklif etmək daha konstruktiv bir yanaşmadır.
3. "Bilmirəm"
Bu ifadə anlaşılan olsa da, onu mütləq "öyrənəcəyəm" və ya "bu mövzuda araşdırma aparacağam" kimi cümlələrlə tamamlamalıdır. Məlumatsızlığı qəbul etməklə yanaşı, bunu düzəltmək üçün təşəbbüs göstərmək işçinin müsbət təəssürat yaratmasına kömək edir.
4. "Mənə belə bir şey deyilməmişdi"
Bu ifadə məsuliyyətdən yayınmaq kimi qəbul edilə bilər. Bunun yerinə, vəziyyəti başa düşməyə çalışaraq, həll yolları təklif etmək daha məqsədəuyğundur. Rəhbərlər, öz təşəbbüsü ilə hərəkət edə bilən və məsuliyyət götürməkdən çəkinməyən işçiləri dəyərləndirir.
5. "Edə bilmərəm"
"Edə bilmərəm" ifadəsi işçinin özünü məhdudlaşdırdığı və əməkdaşlıq etməyə hazır olmadığını göstərə bilər. Problemləri həll etməyə çalışmaq, əməkdaşlıq etmək və alternativ yollar axtarmaq bu cür situasiyalarda daha effektivdir.
Nəticə
İş həyatında sözlərin dəyəri böyükdür. Rəhbərlə doğru ünsiyyət qurmaq, yalnız işdə uğur deyil, həm də uzunmüddətli əməkdaşlıq üçün zəruri bir bacarıqdır. Yuxarıda sadalanan ifadələrdən çəkinərək, həll yönümlü və əməkdaşlığa açıq bir yanaşma sərgiləmək, iş mühitində uğurun qapısını aça bilər.
Aydın
Şərhlər