Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimləri daha iki yoxlama oyununu idarə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat xidməti məlumat yayıb.
"Maqdeburq” və Kiyev "Dinamo”su arasında görüşdə Rauf Allahverdiyev, "Novi Pazar”la "Kanvon”un U-23 komandasının duelində isə Əkbər Əhmədov baş hakim olub.
"Maqdeburq” (Almaniya) – "Dinamo” (Kiyev, Ukrayna) 3:1
Baş hakim: Rauf Allahverdiyev.
Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə.
"Novi Pazar” (Serbiya) – "Kanvon” U-23 (Cənubi Koreya) 1:1
Baş hakim: Əkbər Əhmədov.
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov.
Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-nə kimi davam edəcək.
Şərhlər