Cennifer Lopezin 5 milyon dollarlıq nişan üzüyünün taleyi bəlli olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Keçmiş əri Ben Afflek Lopezə 8,5 karatlıq yaşıl brilyant üzük hədiyyə edib. Müğənni zinət əşyasını hədiyyə olduğuna görə özü üçün saxlayıb.
"Münasibətləri bitsə belə, hədiyyəni geri qaytarmağa borclu deyil. Üstəlik, Ben onun saxlamasına etiraz etmir", deyə nəşrin mənbəsi bildirib.
Cennifer Lopez və Ben Afflek bu günlərdə rəsmən boşanıblar. Məhkəmənin qərarı Lopezin avqustun 20-də boşanmaq üçün ərizə verdikdən təxminən 20 həftə sonra verilib.
Sənətçilər boşanma ilə bağlı maliyyə məsələlərində razılığa gəliblər, hər biri evlilikləri zamanı fərdi olaraq əldə etdiklərini özündə saxlayır. Afflek "Artists Equity" prodüser şirkətindəki payını saxlayıb. Keçmiş həyat yoldaşları ortaq evləri ilə bağlı fikir ayrılıqlarını da həll ediblər. Müqavilənin şərtləri məxfidir. Nəşr əmlakın satışa çıxarıldığına aydınlıq gətirib.
Aydın
Şərhlər