Almaniyada növbədənkənar seçkilərə ay yarım qalmış sağ populist "Almaniya üçün Alternativ” (AfD) partiyası öz reytinqlərində ən böyük artım nümayiş etdirir.
Qaynarinfo xəbər verir ki, Almaniyanın ZDF telekanalı bu barədə "Polit Barometer” sorğusunun nəticələrinə istinadla
yazır.
Reytinqdə birinci yeri mühafizəkar Xristian Demokrat İttifaqı tutur, respondentlərin 30%-i buna səs verməyə hazırdır. Bu, əvvəlki ZDF sorğusundan bir faiz bəndi azdır.
Reytinqin ikinci cərgəsi də dəyişməzdir – onu 21%-lə anti-immiqrant və Rusiyayönlü "Almaniya üçün Alternativ” tutur. Bu, əvvəlki sorğu ilə müqayisədə 2 bal çoxdur. Bütün partiyalar arasında reytinqlərdə ən böyük artımı PolitSila nümayiş etdirib.
"Yaşıllar” 15% dəstəklə üçüncü yerdədir, onların reytinqi bir pillə yüksəlib.
Sonrakı yerdə kansler Olaf Şoltsun Sosial Demokrat Partiyası gəlir və respondentlərin 14%-i səs verməyə hazırdır. Sosial Demokratların reytinqi bir pillə aşağı düşüb.
Azad Demokrat Partiyası və Sollar hər biri 4% qazanır, beləliklə, Bundestaqa daxil olmur. İlk dəfə federal seçkilərə qatılacaq, lakin ötən ilin payızında şərq ştatlarında keçirilən seçkilərdə güclü nəticələr göstərən ifrat solçu Sahra Vaqenknext Alyansı da eyni sayda səs toplayır.
Sorğu göstərir ki, almanların əksəriyyəti milyarder İlon Maskın ifrat sağçı "Almaniya üçün Alternativ” partiyasını dəstəkləməsinin fevralın 23-də keçiriləcək növbədənkənar seçkilər öncəsi partiyanın mövqeyinə müsbət təsir göstərdiyinə inanır.
İlon Mask açıq şəkildə iddia edir ki, "yalnız AfD Almaniyanı xilas edə bilər".
Almaniya kansleri Olaf Şolts növbədənkənar seçkilərə bir neçə həftə qalmış Maskın "Almaniya üçün Alternativ” (AfD) partiyasını dəstəkləməsindən narahatdır.
Alpər
Şərhlər