Xəbər lenti

Azərbaycan Autizm Assosiasiyası 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirdi (FOTO)
Foto 10:17 01.02.2025

Azərbaycan Autizm Assosiasiyası 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirdi (FOTO)

Azərbaycan Autizm Assosiasiyası 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib. 

Qaynarinfo xəbər verir ki, tədbirdə Assosiasiyanın sədri Elnur Məmmədli il ərzində görülən işlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə Assosiasiyaya üzv olan qurumlar, iş adamları və xüsusi qonaqlar iştirak edib. Milli Məclisin deputatı və Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti Vüqar İskəndərov çıxış edərək Assosiasiyanın fəaliyyətinə uğurlar arzu edib.

Tədbirin sonunda Assosiasiyaya üzv olan qurumlar və təlimçilər mükafatlandırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->