Xəbər lenti

Ayxan Abbasov gedir, yerinə əcnəbi baş məşqçi gəlir
Ölkə 20:11 07.04.2026

Ayxan Abbasov gedir, yerinə əcnəbi baş məşqçi gəlir

"Şamaxı" növbəti mövsüm üçün strateji planlarını artıq formalaşdırmağa başlayıb.

Qaynarinfo sport24.az-a istinadən xəbər verir ki, ən önəmli dəyişikliklərdən biri baş məşqçi postudur.

Bölgə təmsilçisi cari mövsümün sonunda Azərbaycan millisinin sükanı arxasında olan Ayxan Abbasov ilə vidalaşmalı olacaq. Abbasov 2024-cü ildən "Şamaxı"da çalışır və o, yalnız yığmada işləmək qərarına gəlib. 

"Şamaxı" rəhbərliyi isə bu vəzifəyə əcnəbi mütəxəssis gətirməyi planlaşdırır. Hazırda adları açıqlanmayan üç namizəd mövcuddur və onların hər biri Şərqi Avropanı təmsil edir. Hətta onlarla ilkin danışıqlar artıq aparılıb, maraqlıdır ki, kluba gətiriləcək mütəxəssislərin hər biri fərqli taktiki yanaşma və oyun fəlsəfəsi ilə komandanı daha rəqabətədavamlı etmək niyyətindədir.

Baş məşqçi dəyişikliyi ilə yanaşı, oyunçuların seçimi və komandanın strategiyasının da yenilənəcəyi gözlənilir.

Qeyd edək ki, "Şamaxı" hazırda Azərbaycan Premyer Liqasında 30 xalla 8-cidir. Komanda bu gün 26-cı turda "Zirə"nin qonağı olacaq.
--> -->