Uğursuz nəticələrə baxmayaraq, "Sumqayıt”ın baş məşqçisi Saşa İliç müqaviləsinin sonunadək komandada qalacaq.
Bu barədə AZƏRTAC-a "gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Zaur Xudiyev məlumat verib.
Onun sözlərinə görə, klub rəhbərliyi serbiyalı mütəxəssislə istefa barədə hər hansı görüş keçirməyib: "Belə bir toplantı planlaşdırılmayıb. O, hazırda komanda ilə birgə məşqlərdə iştirak edir. Ən azı müqaviləsinin sonunadək, yəni bu ilin iyul ayına qədər komandada qalaraq fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, "Sumqayıt” hazırda Premyer Liqanın turnir cədvəlində 32 xalla 7-ci pillədə qərarlaşıb.
Şərhlər