Xəbər lenti

Zelenski Donbas və Krımı hərbi yolla qaytarmağın mümkün olmadığını etiraf etdi
Dünya 15:10 18.12.2024

Zelenski Donbas və Krımı hərbi yolla qaytarmağın mümkün olmadığını etiraf etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın işğalı altında olan Donbas və Krımı hərbi yolla qaytarmağın mümkün olmadığını etiraf edib. Lakin o qeyd edib ki, Kiyev bu ərazilərdən imtina edə bilməz.

Qaynarinfo bu barədə Moscowtimes.ru-ya istinadla xəbər.

"Ukrayna Konstitusiyası bizə bu ərazilərdən imtina etməyə imkan vermir. Faktiki olaraq bu torpaqlar hazırda rusların nəzarətindədir. Onları geri qaytarmağa gücümüz çatmır. Yalnız beynəlxalq birliyin diplomatik təzyiqinə ümid edə bilərik ki, bu da Putini danışıqlar masasına əyləşdirsin", - deyə Zelenski Fransa qəzetinə verdiyi müsahibəsində bildirib.

Zelenski Putinə sülh dialoquna başlamağa hazır olub-olmadığı barədə suala cavabında deyib ki, kimin qarşısında oturduğunuzun əhəmiyyəti yoxdur, əsas məsələ hansı vəziyyətdə olmağınızdır. "Düşünmürəm ki, zəif vəziyyətdəyik, lakin güclü mövqedə də deyilik. NATO-ya üzv olacağıqmı? Bunu bilmirik. Avropa İttifaqının bir hissəsi olacağıqmı? Gələcəkdə bəli, amma nə vaxt?" - deyə Zelenski əlavə edib.

Onun fikrincə, hazırkı şəraitdə Putinlə danışıqlara başlamaq, ona "dünyamızın bu hissəsində hər şeyi müəyyənləşdirmək hüququ vermək" deməkdir. Buna görə Zelenski əvvəlcə "fəaliyyət planı və ya sülh planı" hazırlanmasının vacibliyini vurğulayıb ki, bu da Putinə və ya ümumilikdə ruslara təqdim oluna bilsin.

Ukrayna lideri əlavə edib ki, heç bir dünya liderinin Ukraynasız Putinlə danışıqlar aparmağa hüququ yoxdur: "Biz bu mandatı heç kimə verməmişik. Biz qurbanıq".

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->