Xəbər lenti

Ağsuda dələduzluq edən
Ölkə 12:09 03.12.2025

Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Ağsuda özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Ağsu RPŞ-nin keçirdiyi tədbirlərlə dələduzluqla vətəndaşların maddi vəsaitini ələ keçirən, əvvəllər də dəfələrlə məhkum olunmuş 36 yaşlı Qadir Piriyev saxlanılıb.

Bildirilib ki, o özünü vəzifəli şəxs kimi təqdim edərək müxtəlif vədlərlə zərərçəkmişlərdən bank kartına pul göndərməsini tələb edib.

Q. Piriyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və o, 23  sutka inzibati qaydada həbs olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->