Xəbər lenti

1 il sonra yayılan video - Qəzadan əvvəl çəkilmişdi
Video 12:24 03.12.2025

1 il sonra yayılan video - Qəzadan əvvəl çəkilmişdi

Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qistarovun hadisədən öncə lentə aldığı videogörüntülər üzə çıxıb.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri mərhumun oğlu Abbas Qistarov paylaşıb.

O bildirib ki, atası Rəşid Qistarovun telefonunu iki gün əvvəl əldə edib. Sözügedən görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->