Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.
Qaynarinfo xəbər verir ki, günün ilk oyunlarında Şamaxı şəhər stadionunda "Şamaxı" - "Baku Sportinq", Quba Olimpiya Kompleksinin stadionunda isə "İmişli" - "Sabah" qarşılaşmaları baş tutacaq. Hər iki görüş saat 14:00-da start götürəcək.
Günün son oyununda isə "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Bu matç saat 19:00-da başlayacaq.
"Şamaxı" - "Baku Sportinq" cütünün qalibi növbəti raundda "Qarabağ" - "Karvan-Yevlax" duelinin qalibi ilə qarşılaşacaq. "İmişli" - "Sabah" görüşündə qalib gələn komanda isə 1/4 finalda "Qəbələ" - "Şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.
3 dekabr
14:00. "Şamaxı" - "Baku Sportinq"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.
14:00. "İmişli" - "Sabah"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya Kompleksinin stadionu.
19:00. "Qarabağ" - "Karvan-Yevlax"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
"Azersun Arena".
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin ilk günündə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" isə əlavə vaxtda "Neftçi"ni (1:0) məğlub edib. Bu mərhələyə dekabrın 4-də yekun vurulacaq.
Şərhlər