Xəbər lenti

Ağır xəstə olan Selin Dion filminin təqdimatında göz yaşı tökdü (VİDEO)
Sənət 19:19 18.06.2024

Ağır xəstə olan Selin Dion filminin təqdimatında göz yaşı tökdü (VİDEO)

Müğənni Selin Dion ictimaiyyət qarşısında çıxışı zamanı göz yaşlarına boğulub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

56 yaşlı Selin Dion sərt əzələ sindromlu həyatından bəhs edən "Mən: Selin Dion" adlı sənədli filmini göz yaşları içində təqdim edib. Müğənni həkim Amanda Pike, rejissor İren Teylor Brodskiyə, pərəstişkarlarına və oğullarına təşəkkür edib. Müğənni bildirib ki, zaldakı tamaşaçılar son illərdə onun qarşısında çıxış etdiyi ən çox insanın toplaşdığı mərasimdir.

2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğudur. Müalicə kursu ilə əlaqədar müğənni 40-a yaxın konsertini ləğv edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->