Xəbər lenti

Ərdoğan: Təhlükələrlə üz-üzə qalan ölkələr arasında yeni ittifaqlar qurulur
Siyasət 21:53 24.03.2026

Ərdoğan: Təhlükələrlə üz-üzə qalan ölkələr arasında yeni ittifaqlar qurulur

"Klassik ittifaqlar dağılarkən, oxşar təhdid və təhlükələrlə üz-üzə qalan ölkələr arasında yeni ittifaqlar qurulur”.

APA-nın  məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı səsləndirib.

Onun sözlərinə görə, Türkiyə formalaşan yeni dünya nizamına əvvəlcədən hazırlıq görüb. Ərdoğan bildirib ki, enerji sahəsində ölkənin bir neçə mənbədən təmin olunması bu baxımdan mühüm əhəmiyyət daşıyır.

"Klassik ittifaqlar dağılarkən, oxşar təhdid və təhlükələrlə üz-üzə qalan ölkələr arasında yeni ittifaqlar qurulur. Eyni zamanda bu prosesdə regional əməkdaşlığın əvvəl heç olmadığı qədər ön plana çıxdığını görürük. Dünyanın bu yeni münaqişə və müharibə konyunkturasına Türkiyə olaraq, hakimiyyət olaraq çox yaxşı hazırlaşdıq”, – o qeyd edib.
--> -->