Xəbər lenti

Ağdərədə bir evi 54 minə təmir edən şirkət kimindir?
Ekonomiks 19:36 05.06.2025

Ağdərədə bir evi 54 minə təmir edən şirkət kimindir?

"AEF Group" şirkəti Ağdərə rayonunun Həsənriz kəndində 98 fərdi yaşayış evində cari təmir işləri aparacaq. 

Qaynarinfo-nun məlumatına görə, Xankəndi Şəhərində, Ağdərə və Xovalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı şirkətlə satınalma müqaviləsi imzalayıb. Müqavilə tender keçirilmədən birmənbə metodu ilə bağlanıb. 

Müqavilənin maliyyə dəyəri 5 347 341,38 manatdır. Bu o deməkdir ki, bir evin təmiri orta hesabla 54 564 manata gələcək. 

Nəzərə alsaq ki, fərdi evlərdə əsaslı deyil, cari təmir işləri aparılacaq, o zaman 54 564 manatın kifayət qədər böyük məbləğ olduğunu söyləmək olar. 
Tikinti sahəsində çalışanlar deyir ki, bu məbləğə hətta sıfırdan 3 otaqlı ev tikmək mümkündür. 

"AEF Group" şirkəti ötən il də Həsənriz kəndində 90 evdə cari təmiş işləri aparıb. Həmin vaxt şirkətin qiymət təklifi 2 393 850 manat olub. 

"AEF Group" MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Aslanov Süleyman İkram oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

Seyid
--> -->