Xəbər lenti

Adil Qeybulla:
Sağlamlıq 13:08 22.12.2025

Adil Qeybulla: "Bu pandemiya mütləq olacaq"

Son günlər ölkədə kəskin respirator virus infeksiyası yayılıb. Virsus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. 

Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər.
Mütəxəssislər hesab edir ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır.

Professor Adil Qeybullanın sözlərinə görə, virusa yoluxan şəxslər ev şəraitində müalicə olunmalıdır:

"İkincisi, ən vacib şərtlərdən biri xəstə adamlardan təmasdan qaçmaq lazımdır. Kimsə virusa yoluxursa, ev şəraitində müalicə olunmalıdır, yataq rejimində olub, çoxlu maye qəbul etməlidir. Təəssüflər olsun ki, xəstələr hamısı ayaq üstə, öskürə-öskürə, burnu axa-axa gəzir. Ətrafa baxanda görürsən ki, hamı bunu normal qarşılayır. Bir adan asqıranda, oskürəndə xeyli adam üçün təhlükə yaranır. İnsanlar bir-birini xəstələndirərək böyük bir kütləyə virus yayır. Ona görə düşünürəm ki, biz koronavirus infeksiyasının təcrübəsindən nəticə çıxartmalıyıq. Ondan sonra özümüzü qorumağı bacarmalıyıq”.
 


Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatının xatırladıb:

"ÜST bəyan edir ki, insan sağlamlığını təhdid edən amillərdən biri kimi qarşıda bizi qrip pandemiyası gözləyir. Bunu heç vaxt unutmamalıyıq. Bu pandemiya 1 il, yaxud da 5 il sonra olacaq, bunu demək çətindir. Amma bu pandemiya mütləq olacaq. Çünki bu, elmi bir proqnozdur”.

Adil Qeybulla hesab edir ki, hazırda insanların fiziki aktivliyinin məhdudlaşdırılması dövrüdür:

"Havalar soyuq olanda insanlar onu ev şəraitində keçirir, qapalı məkanlarda daha çox qalır. Ümumiyyətlə, istər qış fəsili olsun, istərsə də yaz olsun açıq havada gəzmək çox mühümdür. Fiziki aktivliyi artırmaq vacibdir. Bu immun sistemin saz vəziyyətdə olması üçün mühümdür. İkincisi, az qidalanmaq, amma keyfiyyətli qidalanmaq, daha çox meyvə-tərəvəz qəbul etmək və hərəkət etmək. Təəssüflər olsun ki, bu iki məsələ həmişə unudulur”.

Adil Qeybulla qış vaxtı vitaminlərin qəbulunu artırmağın tərəfdarı olduğunu bildirib:

"Çünki bu vitaminləri meyvə-tərəvəzdən almaq çətindir”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->