Xəbər lenti

ABŞ Tiflisdə keçirilən hərbi paradda iştirakdan imtina edib
Dünya 18:41 10.06.2024

ABŞ Tiflisdə keçirilən hərbi paradda iştirakdan imtina edib

Son on ildə Gürcüstanın Müstəqillik Günü münasibətilə mayın 26-da keçirilən hərbi paradda müntəzəm iştirak edən ABŞ-ın Tiflisdəki səfirliyinə, eləcə də NATO-Gürcüstan Təlim Mərkəzinə təhkim edilmiş Birləşmiş Ştatlar ordusunun kiçik kontingenti yüksək vəzifəli gürcü liderlərinin bəyanatları ilə əlaqədar hərbi paradda və Azadlıq meydanında gürcü çağırışçıların andiçmə mərasimində iştirakdan imtina edib. 
 
Qaynarinfo xəbər verir ki, bunu bu gün, iyunun 10-da parlament binasında keçirdiyi brifinqdə müxalifətçi deputat, 2014-2017-ci illərdə Gürcüstan Milli Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində çalışmış Teona Akubardiya bildirib

Akubardiyanın sözlərinə görə, "ABŞ kontingentinin mayın 26-da illik hərbi mərasimdən çıxarılması ilə” Vaşinqtonu "dövlət çevrilişi hazırlamaqda” ittiham edən hakim "Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvili və digər gürcü liderlərinin bəyanatlarına etiraz olaraq ABŞ demarş edib.

Deputatın bəyanatına görə, eyni səbəbdən ABŞ bu il Gürcüstana hərbi-texniki və məsləhətçi yardımı 72 milyon dollardan 55 milyon dollara endirib. "”Gürcü arzusu” demokratiyaya qarşı hərəkətləri və ölkəmizin amerikalı tərəfdaşlarına qarşı düşmən ritorikası ilə Gürcüstan ordusu üçün təhlükə yaradıb”, - deyən müxalifətçi deputat vurğulayıb ki, "anti-demokratik addımlar” dedikdə, parlamentin ABŞ rəhbərliyinin kəskin tənqidinə səbəb olan "Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi nəzərdə tutulur. 

Dövlət katibi Entoni Blinken gürcü-amerikan münasibətlərinə tamamilə yenidən baxılması ilə bağlı xəbərdarlıq edib və adları hələ açıqlanmayan onlarla gürcü deputat və məmura qarşı viza məhdudiyyətlərinin tətbiqi barədə göstəriş verib. 

Deputat Akubardiyanın bəyanatından sonra demarş iddiasını müxalif "Formula” televiziya şirkətinin tanınmış telejurnalisti Qeorgiq Tarqamadze də təsdiqləyib. Onun sözlərinə görə, o, ABŞ  səfirliyindən mayın 26-da keçirilən hərbi mərasimdə hansı səbədən iştirak etmədiyini soruşub və aşağıdakı cavabı alıb:
"Birləşmiş Ştatlar "Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin anti-Qərb çıxışlarına görə mayın 26-da hökumət tədbirlərində iştirakını ləğv edib”. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->