Xəbər lenti

ABŞ Bakı və İrəvanın sərhədlərin delimitasiyası qaydalarının rəsmiləşdirilməsini alqışlayır
Ölkə 22:12 31.10.2024

ABŞ Bakı və İrəvanın sərhədlərin delimitasiyası qaydalarının rəsmiləşdirilməsini alqışlayır

Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirmək qərarını alqışlayır.


Report-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "X” hesabında paylaşım edib.


Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir:


"Biz regionda təhlükəsizlik, firavanlıq naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin işini dəstəkləyirik”, - Miller bildirib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->