90 km sürətlə gedərkən 250 manat cərimə oluna bilərsiniz... (VİDEO)
Saatda sürətinin 90 kilometr olduğunu deyən sürücüyə elektron qaydada cərimə tətbiq edilib.
Hadisə paytaxda yaşayan Siyəzən rayon Sakini Elnur Aslanovun başına gəlib.
Sürücü Elnur Aslanov "Xəzər Xəbərə" deyib ki, ''99-HL-216'' dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərdəkan şossesində hərəkətdə olarkən, yoldakı sürətə uyğun olaraq 90-la gedirmiş. Amma ona bir neçə dəqiqədən sonra gedəcəyi ünvana çatdıqda radara düşməsi barədə "sms” gəlib.
Sürücü hesab edir ki, radar onu texniki olaraq səhv salaraq elektron qaydada cərimə edib. O, bununla bağlı polisə də məlumat verəcəyini deyir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib. Qurumdan bildirilib ki, qeyd olunan məsələ araşdırılacaq. Əgər vətəndaşın qeyd etdiyi xüsusat təsdiqini taparsa bu barədə qanunamüvafiq tədbir görüləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər