Xəbər lenti

460 il əvvəl açılan pub bağlandı
Dünya 22:21 28.01.2025

460 il əvvəl açılan pub bağlandı

İngiltərənin Şimali Yorkşir qraflığında 460 il fəaliyyət göstərmiş ən qədim publardan biri bağlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Drinks Business" yazıb.

Məlumata görə, "Windmill Inn" adlı pub 1564-cü ildə, Kraliça I Elizabetin hakimiyyəti dövründə Linton kəndində açılıb. Nəşr qeyd edir ki, son illərdə bu müəssisə ən yaxşı vaxtlarını yaşamır.

Pubun baş menecerinin sözlərinə görə, kirayəçilərlə müqavilənin müddəti başa çatıb və onlar onu uzatmaq istəməyiblər. Güman edilir ki, yeni kirayəçilər tapıldıqdan sonra müəssisə yenidən açıla bilər.

2022-ci ilin fevralında Böyük Britaniyanın ən qədim pubu açılışından 1229 il sonra bağlanıb. Müəssisə COVID-19 pandemiyasının təsirlərinə davam gətirə bilməyib.

"Ye Olde Fighting Cocks" adlı pub hələ 793-cü ildə açılmışdı. Bir çox digər müəssisələr kimi, bu yer də koronavirus məhdudiyyətləri səbəbilə ciddi zərər görmüşdü. Sahibi Hristo Tofallinin bu yeri açıq saxlamaq üçün hər cür cəhd göstərməsinə baxmayaraq, bunu həyata keçirmək mümkün olmayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->