Xəbər lenti

15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Qarşısı alındı
Ölkə 12:12 13.09.2025

15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Qarşısı alındı

Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Qaynarinfo-ya bildirilb ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.

--> -->