Xəbər lenti

Yeni Suraxanı qeydiyyatında olmayanların orada dəfninə icazə verilmir (VİDEO)
Video 09:36 17.05.2025

Yeni Suraxanı qeydiyyatında olmayanların orada dəfninə icazə verilmir (VİDEO)

"Camaatın nəzərinə! Yeni Suraxanı qeydiyyatında olmayanlar qəbiristanlıqda dəfn olunmur".

Xezerxeber.az-ın məlumatına görə, sözügedən elan paytaxtın Sabunçu rayonu, Yeni Suraxanı ərazisində yerləşən qəbiristanlığın girişində asılıb.

Qəbiristanlıq nəzarətçisinin sözlərinə görə, həmin ərazidə dəfn xərcləri, eləcə də dəfn üçün torpaq pulsuzdur, bu səbəbdən də ətraf ərazilərdən Yeni Suraxanı qəbiristanlığına dəfn üçün axın olur. Bu isə məhdud sayda yeri olan qəbiristanlığın dolmasına səbəb olduğundan, ancaq yerli əhalinin dəfninə üstünlük verilir.

Suraxanı rayonu, "Dədə Qorqud" qəbiristanlığının rəhbəri Uğur İslamov "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, sözügedən qəbiristanlıq əvvəllər şəhər qəbiristanlığı statusunu daşıyıb, 2019-cu ildə həmin status ləğv edilərək Suraxanı rayonunun balansına verilib. Paytaxt qəbiristanlıqlarında ümumi olaraq sıxlıq müşahidə edildiyindən həmin qəbiristanlıqda yerli sakinlərin dəfninə üstünlük verilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->