Araz Radiosunun ənənəyə çevrilən və hər dəfə böyük maraqla qarşılanan layihəsi bu dəfə daha da fərqli formatda geri qayıdır. Bu möhtəşəm layihə Xəzər Media Mərkəzi-nin dəstəyi ilə həyata keçirilir.
Qaynarinfo xəbər verir ki, layihəni 6 aprel tarixində Xəzər Media Mərkəzi-nin
efirində yayımlanan "İncə səhər”, "Qonaqcanlı” və "Xəzər axşamı” verilişlərində
canlı olaraq izləyə bilərsiniz.
Araz Radiosunun 15 illik yubileyinə özəl
hazırlanan "Yeni Avaz 3" layihəsi bu dəfə xüsusi konseptlə təqdim
olunur. 15 ilin hit mahnıları bu dəfə gənc
ifaçıların təqdimatında tamamilə yeni nəfəs qazanır.
Layihənin əsas özəlliyi isə odur ki, bu dəfə
səhnə gənclərindir! Gənc ifaçılar, 15 il öncə hit olmuş mahnıları öz tərzlərində
təqdim edərək, həm nostalji hisslər yaşadır, həm də musiqiyə müasir baxış
qatırlar.
* "Sən və Mən” (ilk ifaçı: Röya Ayxan,
bəstəkar: Hacı Nazim) – Anaranın ifasında yeni ruhda
* "Dəli Küləyim” (ilk ifaçı: Samira
AliMəryəm, bəstəkar: Muxtar Abseynov) – Melayın təqdimatında fərqli enerji ilə
* "Ürəyimsən” (ilk ifaçı: Tünzalə, Xəyyam
& Murad Arif, bəstəkar: Murad Arif) – Camal Qasımovun ifasında yeni hisslərlə
* "Mənə Bax” (ilk ifaçı: Elton, bəstəkar:
Hacı Nazim) – "Naz” vokal ansamblının özəl təqdimatında
* "Mənim Mənim” – (Tapar məni adı ilə
tanınan) (ilk ifaçı: Flora Kərimova) – Rahib Mirzoevin ifasında fərqli tərzdə
* "Buludlar” (ilk ifaçı və bəstəkar:
Ceyhun Zeynalov/İsmayıl Əsədov) – Amir Paşayevin dinamik təqdimatında
* "Təyyarələr” (ilk ifaçı: Natavan Həbibi, bəstəkar: Murad Arif) – Elgün & Səbinə duetində yeni çalarda
* Bir Sevgim Var” (ilk ifaçı: Sevda Ələkbərzadə, bəstəkar: Muxtar Abseynov) – Könülün ifasında tamam başqa hisslərlə
Araz FM 4 aprel 2011-ci il tarixində fəaliyyətə başlayıb, 103.3 MHz tezliyində
yayımlanır. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə
coğrafiyası daha da genişlənib. Hazırda radiomuzun yayımlandığı verlişləri
Azərbaycanın bütün rayonlarında , dinləmək mümkündür. Radiomuz tematik xəbər proqramları, sosial yönümlü
layihələrlə, avtomobil həvəskarları üçün tövsiyə xarekterli verlişlərlə zövqlü,
düşündürücü, milli musiqilərlə xidmətinizdədir.
"Araz FM” – Qovuşduran radio!
Araz 103.3 FM – in İnstagram hesabı
https://www.instagram.com/arazfm.az?igsh=MW04bXUyNTV1ZzZrOA%3D%3D&utm_source=qr
Araz 103.3 FM – in youtube hesabı
https://youtube.com/@araz-fm?si=bP7jBlM4SvwjkjWx
Yeni Avaz layihəsinin instagram hesabı
https://www.instagram.com/yeniavazofficial?igsh=MWQ0YmdyNzNrZGtnaQ%3D%3D&utm_source=qr
Yeni Avaz layihəsinin Tik Tok hesabı
https://www.tiktok.com/@yeniavazofficial?_r=1&_t=ZS-95EM1k3T4PR
Şərhlər