Xəbər lenti

Premyer Liqa:
İdman 17:38 05.04.2026

Premyer Liqa: "Qəbələ" "Kəpəz"ə qalib gəldi

Misli Premyer Liqasınıb XXVI turunda "Qəbələ" "Kəpəz"ə qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları İsmael Akinade (74) və Domi Massumo (89) vurublar.

"Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" 19 xalla 11-ci sırada yer alıb.

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.


--> -->