Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhətində xeyli irəliləyiş var.
Bu barədə Qaynarinfo-ya açıqlamasında teatrın direktor müavini Azad Məmmədov deyib.
O, Yadigar Muradovun özünə gəldiyini bildirib:
"Əvvəlki günlərlə müqayisədə çox yaxşıdır. Özünə gəlib, danışır. Həkimlərin rəyi də müsbətdir. Ancaq hələ reanimasiyadadır. Yanına isə ancaq ailə üzvləri buraxılır. Müalicəsi davam edir".
Qeyd edək ki, bir neçə gün öncə Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti kəskin pisləşib. Aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Bahar Rüstəmli
Şərhlər