Xəbər lenti

Xəzəryanı ölkələrin komandaları toplaşdı
Ölkə 23:30 08.10.2025

Xəzəryanı ölkələrin komandaları toplaşdı

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlarının görüşü keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan Respublikası HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi görüşdə Xəzər dənizində regional təhlükəsizlik, hərbi-dəniz əməkdaşlığı, birgə təlimlərin təşkili və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bununla yanaşı, tədbir çərçivəsində hidroqrafiya sahəsində əməkdaşlığa dair danışıqlar aparılıb, Xəzər dənizində naviqasiya təhlükəsizliyinin artırılması, hidroqrafik məlumatların mübadiləsi və birgə tədqiqatların təşkili imkanlarına diqqət yetirilib.

Görüşdə, həmçinin Xəzəryanı ölkələr arasında qarşılıqlı etimadın və dənizdə təhlükəsizliyin artırılması məqsədilə əməkdaşlıq formatlarının genişləndirilməsi barədə geniş müzakirə aparılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->