Xəbər lenti

İmişlidə 73 nəfər bu bakteriyadan zəhərləndi (RƏSMİ/FOTO)
Foto 17:57 08.10.2025

İmişlidə 73 nəfər bu bakteriyadan zəhərləndi (RƏSMİ/FOTO)

İmişli rayonunda baş vermiş kütləvi zəhərlənmənin səbəbi açıqlanıb.

Qaynarinfo Qida Təhlükəsizliyi Agentliyinə sitinadən xəbər verir ki, hadisənin məişət zəminində baş verməsi müəyyənləşdirilib:

"Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan "Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir”.

Bildirilib ki, bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->