Xəbər lenti

Yardımlıda müəllimin şagirdini döyməsinə dair iddia araşdırılır
Ölkə 19:53 08.10.2025

Yardımlıda müəllimin şagirdini döyməsinə dair iddia araşdırılır

"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır".

Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->