Amerikalı aktyor Corc Kluni gənclik illərində narkotik maddələrdən istifadə etdiyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Kluni bildirib ki, 1980-ci illərdə Hollivudda gənc aktyor kimi çalışdığı dövrdə bu cür təcrübələr yaşayıb:
"1982-ci ildə mən də sınamışdım - kokain və bu kimi şeylər. Zarafatla deyirdim ki, çox istifadə edirəm, amma əslində bu, mənim üçün heç vaxt ciddi problem olmayıb".
Aktyor 2013-cü ildə gələcək həyat yoldaşı Amal ilə tanış olub, bir il sonra isə cütlük ailə qurub. Onların Ella və Aleksandr adlı altı yaşlı əkiz övladları var. Corc Kluninin sözlərinə görə, Amal ilə tanışlığa qədər o, özünü "düzəlib evlənməyəcək subay” kimi görürdü.
Bu ilin aprel ayında Kluni "CBS Mornings" proqramında iki il əvvəl aparıcı Geil Kinq ilə söhbətini xatırladıb və həmin vaxt dediyi kimi, hələ də həyat yoldaşı ilə heç bir mübahisələrinin olmadığını söyləyib:
"Mən o zaman demişdim ki, aramızda heç bir mübahisə olmayıb. Hələ də mübahisə etməmişik! Hətta buna bir səbəb tapmağa çalışırıq! Mən bu inanılmaz qadınla tanış olduğuma görə özümü çox xoşbəxt hiss edirəm. Elə bilirəm ki, lotereyada uduş qazanmışam! Elə bir gün yoxdur ki, özümü dünyanın ən xoşbəxt adamı kimi hiss etməyim. Bu, həqiqətən gözəldir".
Aydın
Şərhlər