Xəbər lenti

Xalq artisti: Onları görəndə çox sevindim, həm də ağladım
Sənət 10:35 12.03.2026

Xalq artisti: Onları görəndə çox sevindim, həm də ağladım

"Tamaşaçılarımın mənim üçün darıxmasının bir daha şahidi oldum".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov 10 mart - Milli Teatr Günündə təqdim etdiyi "Sonuncu qonaq" tamaşasından danışarkən deyib. 

82 yaşlı aktyor səhnə üçün darıxdığını etiraf edib:

"Zal dolu idi, əksəriyyəti də Sumqayıt sakinləri. Onları görəndə çox sevindim, həm də ağladım. Tamaşa çox anşlaqla keçdi. Qonaqlarımı doyunca əyləndirdim. Tamaşaçı sevdiyi aktyoru daima səhnədə görmək istəyir, çox sağ olsunlar, məni tək qoymadılar".

Valeh Kərimov 10 gündən sonra tamaşanı yenidən oynayacağını açıqlayıb:

"Məni səhnədə görmək istəyən bütün tamaşaçılarımı gözləyirəm"

Sumqayıt Dövlət Dram Teatrı 10 mart – Milli Teatr Günü tatar dramaturqu Taufiq Minullinin "Ərmağanlı Əlməndər” əsəri əsasında hazırlanan "Sonuncu qonaq” tamaşasını təqdim edib. Tamaşa Xalq artisti Valeh Kərimovun quruluşunda təqdim olunub. Aktyor həmçinin tamaşada baş qəhrəmanə – Əlməndər obrazını canlandırıb.

Bahar Rüstəmli
--> -->