Xalq artisti Valeh Kərimovun quruluş verdiyi "Sonuncu qonaq” tamaşası may ayında yenidən teatrsevərlərə təqdim olunacaq.
Valeh Kərimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, əsər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb:
"İki dəfə repertuara salınıb, oynanılıb. Bu ay yenidən nümayiş olunacaq. Qarşıdan teatr mövsümünün başa çatması gəlir, hamı istirahətə yollanacaq. Əminəm ki, gələn mövsümdə də yenidən repertuarda olacaq”.
Aktyor yeni teatr mövsümündə də yeniliklərin olacağını qeyd edib:
"Hələlik dəqiq məlumat yoxdur, amma yaxın zamanda teatrın gələn mövsüm üçün nəzərdə tutulan quruluş planı açıqlanacaq. Əgər onlardan biri mənə həvalə olunsa, yenidən quruluş verə bilərəm”.
Bahar Rüstəmli
Şərhlər