Xəbər lenti

Uşaq köynəyini başlarına keçirib
Ölkə 18:26 26.08.2024

Uşaq köynəyini başlarına keçirib "MilliÖn"ü soydular - Könüllü təslim oldular

Goranboyda başlarına uşaq koftasını taxıb "MilliÖn" ödəmə terminalından pul oğurlayan qohumlara hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə 18 mart 2024-cü il tarixdə, saat 01.00 radələrində Goranboy rayonunun Qaraçinar kəndində yerləşən "İbrahim" adlı marketdə baş verib.

1996-cı ildə Goranboyun Qaraçinar kəndində anadan olmuş Elxan Bədəlov (soyad şərti) dayısı oğlu, 2005-ci ildə Goranboy şəhərində anadan olmuş Ziyad Məmmədovla (soyad şərti) əvvəlcədən planlaşdırdıqları oğurluq hadisəsini törədiblər. 

Belə ki, Elxan əyninə Dövlət Sərhəd Xidmətinin formasını, Ziyad isə qara paltar geyinib, başlarına isə uşaq köynəyini (tanınmamaq üçün) keçirərək, sözügedən mağazada "MilliÖn" ödəmə terminalını linglə sındıraraq, 8983 manat pul oğurlayıblar. Onlar mağazadan heç nə götürməyiblər. 

Qohumlar pulları Gəncə şəhərində dollara çeviriblər. Elxan Bakıya gəlib və işləmək üçün Türkiyəyə yollanmaq istəyib. Lakin Bakıdan geri qayıdaraq polisə təslim olub. 

Onlar oğurladıqları pulları polisə veriblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->