ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Amerika liderinin administrasiyasını tərk edərək öz biznesinə diqqət yetirmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, "Middle East Eye" bu barədə mənbələrə istinadən yazıb.
"Mənbələr bildirirlər ki, Stiv Uitkoff Qəzza razılaşmasından sonra Tramp administrasiyasını tərk edir. Uitkoff Yaxın Şərqdə aylarla davam edən hərtərəfli diplomatiyadan sonra diqqətini öz biznesinə yönəltmək niyyətindədir", deyə nəşr qeyd edib.
Qəzet yazır ki, Uitkoffun gedişi ABŞ-ın prezident Trampın Qəzza sülh planının sonrakı mərhələlərində nə dərəcədə fəal iştirak edəcəyini sual altına qoya bilər. MEE qeyd edir ki, plan HƏMAS-ın tərksilah edilməsindən Qəzzanın yenidən qurulmasına və Fələstin texnokratik hökumətinin təyin edilməsinə qədər bir sıra bəndləri əhatə edir.
Aydın
Şərhlər