Xəbər lenti

Şans dolu anlar:
Foto 18:36 15.10.2025

Şans dolu anlar: "Evini OBA ilə doldur"un ikinci tirajında qaliblər seçildi! (FOTO)

"Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA" Marketlər Şəbəkəsinin təşkil etdiyi "Evini OBA ilə doldur!" lotereyasının ikinci tirajı uğurla başa çatıb. 20 sentyabr – 10 oktyabr tarixlərini əhatə edən ikinci mərhələnin nəticələri oktyabrın 15-də elan olunub və qaliblərin adları "OBA"nın rəsmi sosial media hesablarında canlı yayımla açıqlanıb.

Müştərilər yalnız 20 manat və üzəri alış-veriş etməklə yumşaq mebel dəsti, "iPhone 16 e", "iPad", soyuducu, televizor, məişət texnikası və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə ediblər.

Təsadüfi seçimin nəticəsində Bakıdan Aytən Quliyeva və Səməddin İsmayılov "Toscana” qonaq dəsti, Gəncədən Aygün Məmmədova "BEKO" soyuducu, Salyandan Soltan Orucov, Bakıdan Zeynəb Qəhrəmanova və Ağsudan Əhsən Mustafayev "LG" televizor, Cəlilabaddan Nahid Həsənov  "BEKO" paltaryuyan, Bakıdan Nigar Məmmədova, Bakıdan Cahan Səfərova "Bosch" ətçəkən, Bakıdan Tural Abdullayev "Goranje" mətbəx robotunu qazanıblar.

Qaliblərin seçimi tam şəffaflıqla həyata keçirilib. Bu mərhələdə münsiflər heyətində "Fed.az” xəbər portalının baş redaktoru Elnur Hüseynquliyev,  jurnalist-aparıcı Günay Novruzqızı, jurnalist-influencer Zəminə Rüstəmova, radioaparıcı Rüfət Nadirli və "Admedia” reklam agentliyinin əməkdaşı Fidan Əliyeva təmsil olunublar.

Ümumilikdə lotereya çərçivəsində 38 hədiyyə təqdim olunacaq.

Lotereyanın növbəti, üçüncü tirajı - alış-veriş müddəti 11-30 oktyabr tarixlərini əhatə edir. Növbəti tirajın qalibləri noyabrın 10-da elan olunacaq.
"OBA" Marketlər Şəbəkəsi qonşularını sevindirməyə, onları dəyərli hədiyyələrlə mükafatlandırmağa davam edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->