Xəbər lenti

Türkiyə səfirliyindən Azərbaycana başsağlığı
Ölkə 22:19 21.03.2025

Türkiyə səfirliyindən Azərbaycana başsağlığı

Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə səfirliyin "X” hesabında paylaşım edilib.

"Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.

Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->