Xəbər lenti

Əkrəm İmamoğlu ifadə verdi
Siyasət 23:12 21.03.2025

Əkrəm İmamoğlu ifadə verdi

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ifadəsi alınıb.

APA-nın verdiyi xəbərə görə, İmamoğlu ifadə zamanı özünə qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Qeyd edək ki, İstanbul Prokurorluğu iki ayrı istintaq üzrə Əkrəm İmamoğlu da daxil olmaqla 106 nəfərin həbsi haqqında qərar çıxarıb. İş üzrə 90 nəfər artıq həbs edilib.
Ə. İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir. Onun sabah axşam hakim qarşısına çıxarılacağı gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->