Dünən axşam saatlarında Rusiya ordusunun Odessaya etdiyi dron hücumlarından sonra Kiyevski rayonunda yanğınlar baş verib.
Bu barədə Musavat.com-a Odessada yaşayan jurnalist-diaspor fəalı Anar Natiqoğlu məlumat verib.
O bildirib ki, bombardman nəticəsində həmyerlimiz, iş adamı Şamil Quliyevə məxsus "Qulivar" ticarət mərkəzi tamamilə yanaraq sıradan çıxıb, ciddi şəkildə maddi ziyan dəyib.
"Lakin yanğının Şamil Quliyevin rəhbəri olduğu "Dopomoqa" xeyriyyə fondunun binasına çatmasına imkan verilməyib. Ticarət mərkəzi darmadağın olsa da, xeyriyyə fondunun binası zərər görməyib", - Anar Natiqoğlu əlavə edib.
Şərhlər