Bu gün Azərbaycan I Liqasında XXVI tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, lider "Şəfa” "Cəbrayıl”ı qəbul edib.
"Şəfa" bu oyunda qalib gələcəyi, yaxud ən yaxın izləyicisi "Səbail”in xal itirəcəyi təqdirdə sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Komanda işi şansa buraxmayıb.
Bakı təmsilçisi evdə qalib gələrək I Liqanın çempionu olub. Bununla da, komanda Premyer Liqaya vəsiqə qazanıb.
15 may (cümə)Azərbaycan I LiqasıXXVI tur
17:00."Mingəçevir” – MOİK 3:1Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
17:00."Səbail” – "Şahdağ Qusar” 0:0"Bayıl Arena”
17:00."Baku Sportinq” – "Zaqatala” 3:0Buzovna qəsəbə stadionu
17:00."Şəfa” – "Cəbrayıl” 1:0Binə qəsəbə stadionu
Şərhlər