"Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, buna səbəb futbolçunun zədələnməsi olub.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.
Şərhlər