Xəbər lenti

Meksikanı qarışdıran əməliyyatlarda ABŞ izi - MKİ necə iştirak edib?
Dünya 14:33 13.05.2026

Meksikanı qarışdıran əməliyyatlarda ABŞ izi - MKİ necə iştirak edib?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Meksika sərhədlərində kartellərə qarşı həyata keçirilən ölümcül əməliyyatlarda birbaşa iştirak etdiyi iddia olunub.

Qaynarinfo xəbər verir ki, CNN-in mövzu ilə bağlı mənbələrə istinadən yaydığı xəbərə görə, MKİ Meksikada həyata keçirilən bəzi əməliyyatlarda yalnız kəşfiyyat dəstəyi ilə kifayətlənməyib, aktiv şəkildə də iştirak edib.

Məlumatda 28 mart tarixində Mexiko şəhərində bir magistral yolda baş verən və Sinaloa kartelinin üzvü "El Payin" ləqəbli Fransisko Beltran ilə onun sürücüsünün öldüyü avtomobilə yerləşdirilmiş partlayışın da bu əməliyyatlar çərçivəsində olduğu iddia edilib.

Mənbələr MKİ-nin rolunun təkcə kəşfiyyat məlumatlarının ötürülməsi ilə məhdudlaşmadığını, daha çox sui-qəsd xarakterli əməliyyatlara doğru genişləndiyini irəli sürüb.

Həmçinin bildirilir ki, agentliyin strategiyası kartel strukturunda zəif halqaları müəyyən edərək narkotik qaçaqmalçılığı şəbəkəsinin aşağı səviyyələrini hədəfə almağa yönəlib.

Digər bir mənbə MKİ əməliyyatlarının son illərdə daha ölümcül xarakter aldığını qeyd edərək bunun ABŞ qurumunun Meksika daxilində həyata keçirməyə hazır olduğu fəaliyyətlərin əhəmiyyətli genişlənməsi olduğunu bildirib.

Aydın
--> -->