Xəbər lenti

Si Szinpin Maduronu dəstəklədi
Dünya 18:00 30.07.2024

Si Szinpin Maduronu dəstəklədi

Çin Xalq Respublikasının rəshbəri Si Szinpin Venesuela prezidenti Nikolas Maduronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sinhua” agentliyi məlumat yayıb.

"Çin, həmişə olduğu kimi, Venesuelanın milli suverenliyini, milli ləyaqətini və sosial sabitliyini qorumaq səylərini, həmçinin Venesuelanın xaricdən müdaxiləyə qarşı çıxması ilə bağlı ədalətli işini qətiyyətlə dəstəkləyəcək", - Sinin təbrik məktubunda deyilir.

Xatırladaq ki, Venesuelanın Milli seçki şurası iyulun 28-də keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyini elan etdikdən sonra müxalifət tərəfdarları Karakas və Venesuelanın digər şəhərlərində küçələrə çıxıb. Müxalifət iddia edir ki, onun namizədi inamlı qələbə qazanıb.

Milli Seçki Şurası dünən, iyulun 29-da elan edib ki, Maduro 51% səslə seçkidə qalib gəlib. Bununla belə, müxalifət öz namizədi Edmundo Qonzalesin 73% səs topladığını bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->