Xəbər lenti

Sənət adamları Yeni ili harada qarşılayacaq?
Maqazin 14:45 29.12.2025

Sənət adamları Yeni ili harada qarşılayacaq?

Yeni İlə az qalıb. İnsanlar bu bayramı fərqli keçirməyə üstünlük verir. Bəs sənət adamları Yeni İl bayramını harada qarşılayacaq?

Qaynarinfo bununla bağlı sorğu keçirib. Cavabları təqdim edirik:
 
Xalq artisti, muğam ifaçısı Alim Qasımov

"Yeni İl bayramını Bakıda olacağam. Biz həmişə bayramı evimizdə keçiririk. Düzdür, tədbirlərimiz var, amma bu bayramı evdəyik”.
 
 

Əməkdar artist Elnarə Abdullayeva:

"İlin bütün gününü restoronlarda oluruq. İldə bircə gün də evimizdə ailəmizlə olaq. Bayram günü gedib özgənin qapısında oturmaq olmaz, hərənin öz evi var. Bu üzdən bayramı evimdə qarşılayacağam”.
 


Müğənni Nadir Qafarzadə

"Yeni İl bayramında Azərbaycanda olacağam. İnsan bayramı evində keçirməlidir, tədbir həmişə var. Həmin günü ailəmlə bir arada olmaq mənə xüsusi zövq verir. Bayramdan sonra Moskvaya 15-20 günlük səfərim var. Həm havamı dəyişəcəyəm, həm də oradakı tədbirlərə dəvətliyəm”.
 


Müğənni-meyxanaçı Samirə Yusifqızı:

"Mən artıq beş gündür Rusiyadayam. Yeni il burada qeyd edəcəyik. Tədbirlər var, hər birinə dəvətliyəm". 
 


Aşıq Zülfiyyə:

"Bu bayramı restoranda qarşılayacağıq. Öz restoranımızda olacağıq, böyük bayram tədbiri olacaq”.
 


Bahar Rüstəmli

--> -->