Xəbər lenti

Siyasətçi qadınları inəklərlə müqayisə etdi, tənqid olundu
Dünya 17:54 06.08.2025

Siyasətçi qadınları inəklərlə müqayisə etdi, tənqid olundu

Malayziyada qadınları inəklərlə müqayisə edən siyasətçi geniş ictimai qınağa məruz qalıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) nəşri məlumat yayıb.

İslam yönümlü PAS Partiyasının üzvü Məhəmməd Salman Əl-Farisi "Facebook"da şəxsi təsərrüfatına məxsus inəyin fotosunu paylaşaraq, qadınların rəhbər vəzifələrə təyin olunmasına qarşı olduğunu izah etməyə çalışıb. Lakin onun paylaşımı ciddi qəzəblə qarşılanıb.

"Bir inək lider təyin olunduqda, bütün qərarları o verir, ətrafındakı erkəklər isə sadəcə otlamaqla məşğuldurlar. Ona görə də imkan daxilində, lider kimi inək təyin edənlərə bənzəməməliyik", deyə PAS-ın Maran bölgəsindəki gənclər qanadının rəhbəri bildirib.

Bu fikirlər yalnız adi istifadəçilər deyil, həm də siyasətçinin koalisiya yoldaşları tərəfindən köhnəlmiş və alçaldıcı hesab olunub. "Perikatan Nasional" qadınlar hərəkatının rəhbəri bu sözləri seksist adlandırıb və bunun PAS partiyasının rəsmi mövqeyini əks etdirmədiyini bildirib.

Sosial şəbəkələrdə artan narazılığa baxmayaraq, Əl-Farisi öz fikrində israr edir və təhqirə görə üzr istəməkdən imtina edib. Əksinə, onu tənqid etməyə davam edənlərə qarşı məhkəmə iddiası ilə hədələyib. Bəzi PAS üzvləri isə onun sözlərində seksual məna olmadığını iddia edərək, bunu sadəcə ədəbi alleqoriya kimi dəyərləndiriblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->