Yamal-Nenets Muxtar Dairəsində (Rusiya Federasiyası) "Xarapurnеftеqaz" yatağında yanğın zamanı qüllə uçub.
Qaynarinfo xəbər verir ki, yanğın dünən axşam iki neft-qaz quyusunda alovlanma ilə başlayıb. Hadisə nəticəsində qüllələrdən biri uçub, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar reanimasiyada ağır vəziyyətdədir.
Məlumata görə, yanğınsöndürmə işləri davam edir. Alovun hündürlüyü 25 metrə çatır.
Şərhlər