"Instagram" sosial şəbəkəsində "Brend Təmir" adlı səhifəsinin Vüsal adlı sahibi həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1981-ci il təvəllüdlü Vüsalın Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Vüsal təmir-tikinti işləri ilə məşğul olmaq üçün "Instagram"da "Brend Təmir" səhifəsini açıb. Mingəçevirdən şəhid ailəsi olan Günel adlı xanım təqsirləndirilən şəxsə zəng edərək, iki otaqlı evini təmir etdirmək istədiyini deyib. Vüsal qadından 15 min manat alaraq, evi təmir edəcəyini bildirib.
Evini təmirinə görə zərərçəkmiş qadın başqa yerdə kirayə tutaraq orda yaşamağa başlayıb. 2023-cü ildən bu günə qədər Vüsal nə evi təmir edib, nə də pulu geri qaytarıb. Nəticədə zərərçəkmiş şəxs şikayət etməli olub.
Məhkəmənin hökmü ilə Vüsal Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Aydın
Şərhlər