Xəbər lenti

Qrenlandiya planları: Vens yenidən “avropalıların hay-küyü bizə maraqlı deyil” dedi
Dünya 15:30 24.03.2025

Qrenlandiya planları: Vens yenidən “avropalıların hay-küyü bizə maraqlı deyil” dedi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens prezident Donald Trampın Qrenlandiyanı nəzarətə götürmək niyyətini bir daha təsdiqləyib və bildirib ki, "avropalıların nə dediyi bizə maraqlı deyil”.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyskaya Pravda" Fox News-a istinala yazır.

Bazar günü Fox News kanalına müsahibəsində Vens Danimarkanın Qrenlandiya ilə bağlı vəzifələrini yerinə yetirmədiyini və yaxşı müttəfiq olmadığını bildirib.

"Özümüzə sual verməliyik ki, bu problemi milli təhlükəsizlik maraqları naminə necə həll edək. Əgər bu, bizim Qrenlandiyada daha çox ərazi maraqlarımızın olması deməkdirsə, deməli, prezident Tramp məhz bunu etməyi planlaşdırır. Çünki avropalıların hay-küyü ona maraqlı deyil – onun üçün ilk növbədə ABŞ vətəndaşlarının maraqları vacibdir”, – deyə vitse-prezident bildirib.

Xatırladaq ki, 13 martda NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı Tramp "Qrenlandiyanın ilhaq ediləcəyini düşündüyünü” və bunun "beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu” bəyan etmişdi.

Bundan sonra yüzlərlə qrenlandiyalı etiraz aksiyasına çıxıb. Təxminən 800 nəfər Qrenlandiyanın bayraqları və "Amerikanı buradan çıxarın", "Biz satılmırıq" yazılmış plakatlarla Nuuk şəhərinin küçələrində yürüş edib.

Həftəsonu isə məlum olub ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Volts və vitse-prezident Vensin həyat yoldaşının da daxil olduğu Amerika nümayəndə heyəti Qrenlandiyaya səfər etməyi planlaşdırır.

Qrenlandiyanın muxtar hökumətinin başçısı Mute Burup Eqede bu səfəri "təxribat” adlandırıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->