Xəbər lenti

42 yaşlı qadın dəm qazından öldü
Ölkə 15:50 26.03.2025

42 yaşlı qadın dəm qazından öldü

Tovuzda qadın dəm qazından boğulub. 

Qaynarinfo xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində baş verib. 

1983-cü il təvəllüdlü K.Əmrahova dəm qazından boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.
--> -->