Xəbər lenti

Hakan Fidanla Marko Rubio Bakı ilə İrəvan arasındakı sülhü müzakirə etdi
Siyasət 09:09 26.03.2025

Hakan Fidanla Marko Rubio Bakı ilə İrəvan arasındakı sülhü müzakirə etdi

ABŞ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla bu ölkənin Dövlət katibi Marko Rubio arasında görüş keçirilib.

Bu barədə "Report” "Haber Global”a istinadən xəbər verir.

Telekanalın əldə etdiyi məlumata görə, nazirlər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıb, bu ölkədə sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyəti ifadə ediblər.

Digər tərəfdən Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruri olduğu vurğulanıb.

Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq səyləri ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunub.

Vurğulanıb ki, Ankara Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. Həmçinin, Bosniya və Herseqovinanın sabitliyinin Balkanlar üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->