Xəbər lenti

Qırışlara qarşı yeni gözəllik trendi: Təhlükəsizdirmi?
Sağlamlıq 19:20 25.08.2025

Qırışlara qarşı yeni gözəllik trendi: Təhlükəsizdirmi?

Sosial şəbəkələrdə yeni bir gözəllik trendi - mikroneydlinq populyarlıq qazanır. Bu, dəridə nəzarət altında mikro deşiklər açmaq üçün mikroiynələrdən istifadə edən kosmetoloji prosedurdur. Metodun tərəfdarları onun qırışları azalda biləcəyini və dərini cavanlaşdıra biləcəyini iddia edir. Lakin bütün mütəxəssislər buna razı deyil.

Qaynarinfo-nun məlumatına görə, Nyu-Yorkdan olan tibb elmləri doktoru, kosmetoloq-dermatoloq Mişel Qrin "Parade” jurnalına verdiyi şərhlərdə qeyd edib ki, mikroneydlinqi ev şəraitində etmək özünü təhlükəyə atmaq deməkdir:

"Lazımi sterilizasiya və hazırlıq olmadan dəri infeksiyası və qıcıqlanma ehtimalı çox yüksəkdir. Bundan əlavə, mikroneydlinq çapıqların, hiperpiqmentasiyanın və ya göy rəngli ləkələrin yaranma riskini minimuma endirmək üçün sertifikatlı dermatoloq kimi təcrübəli mütəxəssis tərəfindən həyata keçirilməlidir".

Mütəxəssisə görə, bu proseduru etmək istəyirsinizsə, əlaqəli mütəxəssislərə müraciət etmək daha yaxşıdır. Həkim bununla da əlavə edib ki, səbgənc, herpes və ya hər hansı digər dəri xəstəliklərindən əziyyət çəkənlər mikroneydlinqdən ümumiyyətlə uzaq durmalıdırlar, çünki bu, problemi daha da ağırlaşdıra bilər.

Mütəxəssislərin dediyinə görə, ümumiyyətlə, mikroneydlinq həqiqətən də kiçik qırışların vəziyyətini və dərinin fakturasını bir qədər yaxşılaşda bilər. Lakin alətləri və mütəxəssisi seçməyə çox ehtiyatla yanaşmaq lazımdır. Prosessuradan əvvəl mütləq həkimlə məsləhətləşmək və hər hansı bir şübhə olduqda bir daha risk etməmək lazımdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->