Xəbər lenti

Daha bir futbolçu milliləşdirilir
İdman 19:55 25.08.2025

Daha bir futbolçu milliləşdirilir

AFFA ölkə xaricində çıxış edən daha bir azərbaycanlını milliyə cəlb etməyi planlaşdırır.

Apasport.az-ın məlumata görə, uzun müddətdir federasiyanın diqqət mərkəzində olan Ülvi Babayev hazırda milliləşdirilməsi istənilən əsas oyunçulardandır.Daha əvvəl bəzi futbolçulardan müsbət cavab almayan federasiya Babayevi milliləşdirmək istəyir.21 yaşlı sol cinah yarımmüdafiəçisi müqavilə ilə "Dinamo”(Moskva) klubuna məxsusdur. 

"Ximki” futbol klubunun akademiyasının yetirməsi olan Babayev sonradan "Dinamo”nun futbol akademiyasına keçib.O, Moskva klubundan savayı "Krılya Sovetov”da da icarə əsasında çıxış edib.Babayev həmçinin Rusiyanın U-15 və U-16 yığmalarında oynayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->